Alimlər 620 min qadın üzərində aparılan elmi tədqiqatın nəticəsini açıqlayıb.
Bakupost.az xəbər verir ki, gəncliyində çoxsaylı hamiləlik pozulmaları olan qadınların 60 yaşdan sonra insutl olma riski yüksəkdir.
Alimlər 8 müxtəlif ölkənin qadınlarının tibbi məlumatlarını analiz ediblər.
Analizlər göstərib ki, döllənmə problemi, düşük, abort, ölü və yarımçıq doğulma halları dəfələlərlə təkrarlanan qadınlarda insult riski dəfələrlə yüksəkdir.
Eləcə də heç hamiləliyi olmayan, sonsuzluğu olan qadınların da insult riski 14% çoxdur.
Yaxşı, sağlam, uğurlu reproduktiv sistem qadının ürək-damar sisteminə də təsir edir.
Qadının nə qədər çox uşaq salması olubsa, insult riski o qədər yüksəlir.
3 və daha çox abort, düşük qocalıqda 41% insulta yaxınlaşdırır.
Bir dəfə ölü doğuş qeyri-letal insultu 30% artırır.
Alimlər hesab edir ki, analıqla insultun arasında belə əlaqə qadında müxtəlif problemlərin olmasıdır ki, zamanında ona sağlam uşaq doğmağa da imkan verməyib. Bu adətən qan laxtalanması, damar problemi, piylənmə, hormonal pozuntu, siqaret, alkoqol və s. olur