Rusiya və MDB-də kovidin geniş dalğası sentyabrın ortasından başlayacaq.
"Medicina" xəbər verir ki, bu barədə professor Pyotr Çumakov bildirib.
"Rusiyada Omikronun yeni variantlarına görə 6-cı dalğa qışdakından daha geniş masştablı olacaq. Biz demişdik ki, payızda yüksəliş olacaq, bu baş verdi. Amma bu dalğa nə vaxm çəkiləcək, demək çətindir.
Çünki BA 4 və BA5 variantları yoluxmanı pikə qaldırır. İri şəhərlərdə dalğa 1 ay sürəcək. Ümumilikdə noyabrın sonuna qədər davam edə bilər.
Rusiyada bu dalğa ən uzun quyruqlu olacaq.
Artıq cəmiyyətdə virusa qarşı populyasion immunitet var, virus artıq yuxarı tənəffüs yollarında blok olunur".
Aygün Musayeva