“Təəssüf ki, COVID-19-a yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır”.
Medicina xəbət verir ki, bu barədə Səhiyyə Nazirliyinin eksperti Təhməz Həziyev bildirib.
"Qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblərin, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər. Bununla da COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir. Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur.
COVID-19-un bilavasitə hematopoetik sistemə təsir nəticəsində anemiya ortaya çıxır.
Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib.
Koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər. Trombotik ağırlaşmalar, xüsusən də xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir.
Ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. COVID-19 səbəbindən hospitalizasiya olunmuş şəxslərdə simptomatik venoz tromoembolizm ortaya çıxma nisbəti təxminən 10 faizdir.
- Təəssüf ki, COVID-19 yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər".
Aygün Musayeva