Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID yenidən dünyanı bürüyür - Xəstəxanalar dolur

  • 2022.05.09 16:09
  • 2687 Baxış
COVID yenidən dünyanı bürüyür   - Xəstəxanalar dolur


Çinin ardından İspaniya və Portuqaliyada da koronavirusa yoluxma halları artmağa başlayıb.

İspaniya Səhiyyə Nazirliyi son iki həftədə yoluxma sayının təxminən iki dəfə artdığını bildirib.

Ölkədə hər 100 min nəfərdə yeni yoluxma halları ötən 14 gün ərzində 459-dan 813-ə yüksəlib. Navarra bölgələrində isə bu rəqəmin 1500-dən çox olduğu bildirlib.

Digər tərəfdən, xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin sayı aprelin 1-dən etibarən 65 faiz artaraq 6858-ə (362 nəfər reanimasiyadadır) çatıb.

Pireney yarımadasının digər ölkəsi Portuqaliyada da həyəcan təbili çalınmağa başlanıb.

Səhiyyə Baş İdarəsinin məlumatına görə, 26 aprel-2 may tarixlərində ölkədə 76 183 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 dəfə çoxdur.

Hər 100 000 nəfərə düşən yoluxma hallarının sayının 740 olduğu Portuqaliyada hazırda 1119 COVID-19 xəstəsi xəstəxanalarda müalicə olunur.