Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Covid vaksini damarları tıxayırmı?

  • 2021.11.04 15:00
  • 1205 Baxış
Covid vaksini damarları tıxayırmı?
COVID-19 peyvəndi həqiqətən damarların tıxanmasına və laxtalanmasına səbəb olurmu?03.11.2021 17:06
Özünüzü koronavirusdan qorumağın dörd əsas yolu var; maska, məsafə, təmizlik və gigiyena. Bununla belə, əks təsirlərinə görə peyvənddən yayınanların sayı az deyil.

Koronavirus peyvəndi həqiqətən ateroskleroza və laxtalanmaya səbəb olurmu?

Sosial şəbəkələrdə yayılan əsassız xəbərlər səbəbindən peyvənd olunanlar qədər peyvənd olunmaqdan qorxan ciddi auditoriya da var.

Peyvənd olunmaqdan qorxan insanların əsas ehtiyatları koronavirus peyvəndinin damarlarda laxtalar əmələ gətirməsi ilə bağlıdır.

Mütəxəssislər bildirib ki, dərin venoz tromboz diqqətdən kənarda qalmamalı olan ciddi bir problem olsa da, COVID-19 peyvəndlərinin damardaxili laxtalanma və tromboza səbəb olma riski olduqca aşağıdır.

Aparılan araşdırmaya görə 18-49 yaş arası peyvənd olunan 1 milyon qadından 7-də damardaxili laxtalanma müşahidə edilib. Həm bu yan təsirə peyvəndləmədən 6-15 gün sonra rast gəlinib.

Damarlarda laxtanın əmələ gəlməsi koronavirusun erkən və ümumi fəsadıdır. Peyvənd olunmamış və koronavirusa yoluxanların damarlarında laxtalanma tezliyi daha yüksəkdir, nəinki peyvənd edildikdən sonra.