COVID-19 pandemiyasına qarşı mübarizədə nəzərə alınmamış məqamları analiz etmək və yeni epidemioloji çağırışlara hazır olmaq lazımdır.
Medicina.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş özünün tviter səhifəsində yazıb.
“Hazırda dünyada pandemiya ilə mübarizədə buraxılan səhvlərin təkrarlanmasının qarşısını ala biləcək müasir və müvafiq şəkildə maliyyələşən hazırlıq sisteminə ehtiyacımız var”, - deyə Antoniu Quterreş bildirib. Onun sözlərinə görə, bu, qarşısını vaxtında ala bilmədiyimiz sonuncu pandemiya olmalıdır