Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Covid peyvəndi olunanlar 1 ay sonra ürəyi yoxlasın - Əzələ iltihabı

  • 2021.09.28 19:25
  • 4348 Baxış
Covid peyvəndi olunanlar 1 ay sonra ürəyi yoxlasın -  Əzələ iltihabı
İsraildə Covid vaksini olan insanlarda ürək əzələsi iltihabına rastlanılıb.

Medicina.az xəbər verir ki, rəsmilər 2020-ci ilin dekabr və may aylarında vaksinasiya olunan 5 milyondan çox insandan 275-də miyokardit yəni ürək əzələsi iltihabına rastlanıldığını açıqlayıb. Nazirliyin araşdırmasında 16 ilə 30 yaş arasındakı kişilərdə miyokarditin vaksinlə əlaqəli olduğunu deyilir. Araşdırmanın nəticəsinə görə 16-19 yaş qrupunda bu bağlantı digər yaşlara görə daha çoxdur.

Ürək əzələsi ihtihabı rastlanılanlardan 95 faiziinin xəstəliyi yüngül keçirdiyi, xəstəxanada 4 gündən artıq qalmadıqları vurğulandı.

Ölkədə 12-15 yaş qrupunun isə vaksinasiyası hələlik dayandırıldı.

“Pfizer” şirkəti isə bunun vaksinlə əlaqəli olmadığını bildirib.

Qeyd edək ki, vaksinasiyada böyük uğur əldə edən İsraildə əhalinin 55 faizi peyvənd olunub.