Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID pasportu olmayan daha 169 nəfər toylara buraxılmadı

  • 2021.11.11 09:49
  • 1439 Baxış
COVID pasportu olmayan daha  169 nəfər toylara buraxılmadı
Noyabrın 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 80 toy şənliyinin monitorinqini həyata keçirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Medicina.az -a verilən xəbərə görə, monitorinq 66 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 169 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.