Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-ə görə tibb işçilərinin əməkhaqqına əlavənin müddəti artırılıb

  • 2022.10.11 16:59
  • 1185 Baxış
COVID-ə görə  tibb işçilərinin əməkhaqqına əlavənin  müddəti artırılıb


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.


"Medicina" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.


Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.


Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.


Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:


- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Aygün Musayeva