Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-dən sonrakı dünyada virusun təsirləri hələ qalacaq- Vanq Çao

  • 2021.11.04 15:20
  • 1267 Baxış
COVID-dən sonrakı dünyada virusun təsirləri hələ qalacaq - Vanq Çao

Hesab edirəm ki, dünya hazırda böyük dəyişikliklər keçirir. Pandemiya sürətlə yayılır, dünya pandemiyadan sonra cəmiyyətin necə görünməsini düşünməlidir.

Medicina.az xəbər verir ki, bunu Çinin Xalq Respublikasının Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.

Onun sözlərinə görə, dünya ölkələri virusa qalib gəlmək üçün səfərbər olmalıdır:

"İndiyədək daha çox tarixi yol kəsişmələrinin astanasında idik. Bu gün isə pandemiyadan sonrakı nizam barəsində düşünməliyik. Siz bilirsiniz ki, COVID-dən sonrakı dünyada virusun təsirləri qalacaq. İnsanlar soyuq gərginliyə açıq deyillər. Düşünürəm ki, dünyada pandemiyadan sonra resursların səfərbərliyi yenidən qlobal artıma təkan verərəcək. Biz qloballaşmanı inkar edə bilmərik. Problemlərin ortada olmasına görə qloballaşmadan yan keçməməliyik. Hesab edirəm ki, hazırda qloballaşma axının qarşısında cərayan edirsə, bundan sonra axınla nizamlanacaq" .