Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“COVID-19”dan 100 dəfə güclü virus yayılır - XƏBƏRDARLIQ

  • 2024.04.04 16:20
  • 872 Baxış
“COVID-19”dan 100 dəfə güclü virus yayılır -  XƏBƏRDARLIQ
Mütəxəssislər quş qripinin yayılmasının “COVID-19”dan 100 dəfə daha pis nəticələri ola biləcəyi və yoluxduğu insanların yarısını öldürə biləcəyi barədə xəbərdarlıq ediblər.

2019-cu ilin sonlarında başlayan və bütün dünyanı lərzəyə salan qlobal pandemiya - “COVID-19” uzunmüddətli karantinə səbəb oldu və bu müddət ərzində 7 milyon insan virusa görə həyatını itirdi.

Medicina.az xəbər verir ki, ekspertlər H5N1 quş qripi ştammının da yeni pandemiya başlatmağa “təhlükəli dərəcədə yaxın” olduğunu elan ediblər.

Bildirilib ki, müxtəlif məməlilərdə, o cümlədən inəklərdə, pişiklərdə və son zamanlar insanlarda çoxlu yoluxma halları virusun mutasiyaya uğraması və daha da yoluxucu olma riskini artırır. Yoluxduğu insanların yarısını öldürəcəyindən ehtiyat edilən quş qripi bir çox ölkədə artıq panikaya səbəb olur.

Keçən il Kambocada 11 yaşlı qız H5N1 virusuna yoluxduqdan sonra ölmüşdü. ABŞ-ın Texas ştatında bir süd ferması işçisinin; 6 ştatda 12 inək sürüsünün və yenə Texasda sonradan ölən 3 pişiyin virus testlərinin müsbət çıxmaları məsələni bird aha gündəmə gətirib. İşçinin test nəticələri virusun daha asan yayılmaq üçün mutasiyaya uğradığını göstərib. Artıq xəstəliklə bağlı panel müzakirəsi keçirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bu mutasiyanın daha əvvəl də qeydə alındığını, riskin az olduğunu və insandan insana keçmə əlamətinin olmadığını bildirib. Paneldə çıxış edən tədqiqatçılar da son hadisələrlə bağlı həyəcan təbili çalmaq üçün hələ erkən olduğunu bildiriblər.

Brifinqdə quş qripi ilə bağlı tədqiqatçılar, həkimlər və insanlarda quş qripi ilə bağlı təşvişə düşmüş dövlət qurumlarının rəsmiləri də iştirak ediblər.

Lakin ABŞ-da yaşayan quş qripi tədqiqatçısı Dr. Sureş Kuçipudi brifinqdə çıxış edərək vəziyyətin ürəkaçan olmadığını etiraf edib.

“Bu virus uzun illərdir ki, pandemiya siyahısında birinci yerdədir. Biz indi pandemiyaya səbəb ola biləcək bu virusa təhlükəli şəkildə yaxınlaşırıq. H5N1 virusları artıq potensial pandemiya virusunun bir çox mühüm xüsusiyyətlərini nümayiş etdirir. Beləliklə, virus artıq qlobal şəkildə yayılır. Adətən, quş virusu kimi qəbul edilən H5N1 artıq müxtəlif məməliləri, o cümlədən insanları da yoluxdurmaq qabiliyyətini nümayiş etdirir.

Mənim fikrimcə, bu, indiyə qədər gördüyümüz ən böyük pandemiyaya səbəb ola biləcək təhlükə, hazırda bütün dünyada mövcud olan bir virusdur. Hazırlaşmağın vaxtıdır”, - deyə tədqiqatçı vurğulayıb.


Aysel