Uğur Şahin Türkiyədə doğulub və dörd yaşında olarkən atasının işi ilə əlaqədar ailəsi ilə birlikdə Almaniyanın Köln şəhərinə köçüb. Özlem Türeci isə Türkiyənin İstanbul şəhərindən Almaniyaya köçən həkimin qızıdır. Onlar universitetdə tanış olaraq evləniblər və “BioNTech” şirkətinin əsasını qoyublar.
Cari ilin yanvar ayında isə onlar bütün güclərini koronavirusla mübarizəyə sərf ediblər və bu, onlarda alınıb.
“Deutsche Well” minlərlə insanın dərdinə dərman hazırlayan bu həkimlərin hekayəsini paylaşıb.