Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19-un yeni fərqli növlərini görəcəyik - Həkimdən açıqlama

  • 2021.10.22 15:24
  • 1393 Baxış
COVID-19-un yeni fərqli növlərini görəcəyik -  Həkimdən açıqlama
AY.4.2 ştamı ilk dəfə İngiltərədə aşkar olunub. Bu ölkədən başqa İsraildə, son məlumata görə isə qonşu Rusiyada da yeni varianta yoluxma qeydə alınıb. Bildirilir ki, AY.4.2 “delta” ştamı ilə müqayisədə daha yoluxdurucu xüsusiyyətə malikdir.

Medicina.az xəbər verir ki, bunu infeksionist Vüqar Cavadzadə deyib.

Həkim qeyd edib ki, İngiltərədə COVID-19-a yoluxan xəstələrin təqribən 10-15 faizini məhz bu ştam təşkil edir:

“Lakin hələ ki, koronavirusun bu yeni variantı ilə bağlı kliniki sınaqlar tam aparılmayıb. Buna görə də AY.4.2 ştamı ilə xəstələnən insanlar arasında ölüm hallarının sayı və xəstələyin ağır dərəcədə keçməsi barədə hələ ki, klinik nəticələr yoxdur. Ancaq əvvəldən də virusun bütün variantlarının təhlükəliliyi ilə bağlı təsəvvürümüz formalaşıb. Yəni COVID-19-un ştamları fərqli xüsusiyyətlərə sahib olsalar da, təhlükəlilik, daha çox yoluxduruculuq qabiliyyətlərini özlərində saxlayırlar. AY.4.2 ilə bağlı da sınaqlar aparılır, mütəxəssislər sadəcə ilkin nəticələri elan edirlər.

Ştam yeni yayılmağa başlayıb, buna görə də araşdırmalar aparılacaq. COVID-19 mutasiyaya uğramağa davam edir. Hələ bundan sonra onlarla, yüzlərlə koronavirus ştamı yaranacaq. Onların bioloji xüsusiyyəti həyat tərzidir, yaşamaq qabiliyyətidir. Buna görə də yenilərə hazır olmalı, özümüzü qorumalıyıq. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması zəruridir və hər kəs gigiyena qaydalarına riayət etməli, sosial məsafə saxlamalı, qapalı məkanlarda maskadan istifadə etməlidir”. /publika.az/