Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19 peyvəndinin sonsuzluğa səbəb olması sübut olunmayıb - Nazirliyin ekspert ginekoloqu

  • 2021.10.26 15:00
  • 1181 Baxış
COVID-19 peyvəndinin sonsuzluğa səbəb olması sübut olunmayıb -  Nazirliyin ekspert ginekoloqu
Covid virusu və peyvənd qadınlarda, kişilərdə reproduktiv pozulma, sonsuzluğa səbəb olurmu?


Medicina.az xəbər verir ki, Səhiyyə nazirliyinin eksperti, ginekoloq cərrah Emin Haqverdiyev hamilə qadınlarda kovid və virusun orqanizmə təsiri barədə açıqlama verib

"18 ölkədən 2130 qadının iştirak etdiyi araşdırmada COVID-19-a yoluxan qadınlarda ana ölümü, preeklampsi və vaxtından əvvəl doğuş riskinin daha yüksək olduğu göstərilib.

Xroniki xəstəlikləri olan hamilə qadınların COVID-19-dan ciddi ağırlaşmalarla üzləşmə riski daha yüksəkdir. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) 11 avqust 2021-ci il tarixində dərc etdiyi hesabatda COVID-19-a yoluxan hamilə qadınların sayının son bir neçə ayda artdığı bildirilir. Delta variantının daha yoluxucu olması və hamilə qadınlarda ağır xəstəlik riskinin yüksək olması, ancaq qorxuya görə peyvəndlənmənin aşağı olması bu artımın əsas səbəblərindən biri olaraq hesab edilib.

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir.

COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər; yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. /aztibb.az/