“İnsanları kütləvi olaraq tez-tələsik Covid 19 peyvəndinə tələsdirmək səhv və cinayətdir”
Medicina.az xəbər verir ki, ciddi və tam sınaqlardan keçməmiş preparatı beynəlxalq prestij və puldan ötrü insanlara vurmaq faydadan çox zərər verəcək.
“Bu gün rəsmilərin bir müsahibəsini oxudum. Vaksinin sınağını keçirənlər deyir ki, biz yüksək risk qrupunda olan insanları seçdik ki, onları koronavirusa yoluxmaqdan xilas edək. Mən sual verirəm, siz bu adamları necə xilas edəcəksiz ki, hələ vaksinin 3-4cü sınaq mərhələsini başa vurmamısız və bilmirsiz ki, bu vaksin qoruyucu effektə malikdir ta yox.
Bu elə də sadə iş deyil. Hətta vaksindən sonra bir miqdar antitelin yaranması da heç bir şeyin qarantisi deyil. Koronavirus mutasiya edir. Bu gun bir ştamma qarşı vaksin aldıq, gələn il başqa ştamm yayılsa necə olacaq?
Tutaq ki, qanda antitel yarandı, əgər 2-3 aya antitellər itsə, o zaman necə olacaq? İnsan yenidən yoluxmayacaqmı? o zaman niyə tələm-tələsik bu vaksini bu insana vurdunuz?
Bir peyvəndin real və dayanıqlı etibarlılıq effektinin sübutu üçün minimum 4 il və 100 min insan üzərində sınaq lazımdır. Vaksin olunan insanları tibb işçiləri hər ay yoxlayır, yoluxma və ölüm faizini çıxarır. Yalnız bu statistikadan sonra peyvəndin effekltivliyi barəsində söz demək olar.
Hazırki mərhələdə vaksinlərin kütləvi tətbiqini dayandırmaq olar, amma praktiki olaraq asan deyil. Prezident özü anlamalı və etiraf etməlidir ki, onu yanlış yönəldiblər, tələsib qərar verib.
Vaksinə icazəyə ən tezi 2023-cü ildə icazə vermək olar.
Bu gün insanlara tətbiq olunan heç bir korona vaksini təhlükəsizlik baxımından yoxlanmayıb. Bunun üçün illər lazımdır. Vaksin vurulan insanlar azı 2 il nəzarətdə olmalıdır.
Vaksinin insanın digər xəstəliklərinə, sistemlərinə, qadın və kişilərdə reproduktiv sistemlərə təsirini bilmək üçün azı 3 il lazımdır.
Görürsüz, bütün rəqəmlər 2-3 ili göstərir. Amma biz cəmi 1 ilin vaksinini insanlara kütləvi yeridirik”.
Allah, dahi Üzeyir Hacıbəyliyə rəhmət eləsin! "Arşın malalan"dakı epizod yada düşür: "Biri deyir oxu, biri deyir oxuma!!"