Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“COVID-19 peyvəndi insanlıq üzərində aparılan ən qorxunc təcrübədir” - Amerikalı həkimdən ŞOK VİDEO

  • 2021.05.03 15:16
  • 19620 Baxış
“COVID-19 peyvəndi insanlıq üzərində aparılan ən qorxunc təcrübədir” -  Amerikalı həkimdən ŞOK VİDEO
“Mən pasiyentlərimdən soruşanda ki, siz nəyə qol çəkdiyinizi, nəyə razı olduğunuzu bilirsizmi, sizə bu peyvəndlə eksperiment aparıldığını, peyvəndim hələ hansı fəsadlar verəcəyini bilmədiklərini deyiblərmi? Onlar bildirir ki, yox,bizə heç nə demirlər. Sadəcə peyvəndə razı olub-olmadığımızı soruşur və allergiya verə biləcəyini xəbərdar edirlər.

Pfhizer istehsalçısı peyvənd vurulandan sonra 28 gün ərzində hamilə qalmamağı və qorunmağı tövsiyə edir. Hətta mən deyərdim, kişilər də,qadınlar da cinsi əlaqədən 28 gün uzaq durmalıdır? Niyə? Çünki peyvənddə olan kod insan genini, DNT-ni dəyişdirir”.

Medicina.az xəbər verir ki, bu sözləri son zamanlar video açıqlaması dünyada rezonans yaradan amerikalı həkim terapevt dr. Keddi Marrey bildirib.

Həkimin peyvəndin gələcəkdə insanlığa fəsadları barədə araşdırması və açıqlaması dəhşətlidir. Onun çıxışından bəzi məqamları təqdim edirik:

“ Koronavirus vaksini bu günə qədər tibb tarixində kəşf edilmiş peyvəndlərdən, hansı ki, illərdir uşaqlıqdan insanlara vurulur, çox fərqlənir. Qaydaya görə, vaksin virusun özünün canlı hissəciyinin zəifləmiş formasını özündə daşımalıdır, insan bədəninə virus minimal dozada yeridilir, immunitet onu tanıyır və insan o xəstəliyə real həyatda yoluxmur.

Koronavirusla isə belə olmadı: SDS və 5 ölkə, eləcə də nəhəng farmakoloji şirkətlər bunu etiraf edib, onlar virusu xəstə orqanizmdən canlı olaraq alıb, peyvənd üçün tam ayıra bilmədilər. Bunu onunla izah etdilər ki. virus yenidir, vaxt isə azdır.

Onlar nə etdilər, virusun RNT-sini, genetik materialın bir hissəsini götürüb, onu rekombenant proqramla, yəni kompüterdə yaradılmış virusun yoluxduruculuq proqramı ilə təmin etdilər. Beləliklə, kod alınıb. Bu kodda canlı real orqanizm yoxdur. Bu sadəcə süni bir koddur, virusun kobud surətidir.

İnsana vurulduqda, o orqanizmi aldadır. Beləliklə, bədənə virus yox, onun hansısa bir hissəsi düşür, bu isə immuniteti çaşdırır. Çünki o koronavirusu tanımır, onun ancaq bir zülalının, genetik kodunu tanıyır. Ona görə də istehsalçılar bir ağızdan deyir: vaksin sizi yoluxmaqdan qorumayacaq. xəstələnə də bilərsiz, hətta yoluxdura da bilərsiz. Onlar təkcə bu etirafda haqlıdırlar.

Halbuki ÜST və vaksin istehsalçıları bir qədər gözləyib, canlı virus və ya ölü virusun olacağı peyvəndi hazırlamalıydılar.

Bunu bilmək üçün tibbi savad lazım deyil, biz bilirik ki, bu peyvəndlər təhlükəlidir, insan orqanizmi və immuniteti üzərində kobud sınaqdır. Koronavirus vaksini bəşəriyyət boyu insanlıq üzərində aparılan ən dəhşətli eksperimentdir”.


Həkimin çıxışını ətraflı videoda izləyə bilərsiniz.