Dünyanı cənginə alan, misilsiz iqtisadi zərərə səbəb olan koronavirusla bağlı daha bir sevindirici xəbər yayılıb.
Medicina.az-ın məlumatına görə, pandemiyanın qarşısını almaq üçün yeni vaksinin insan üzərində sınaqlarına start verilir. Vaksin ABŞ-da dərman şirkətlərindən biri olan "Moderna" Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) işbirliyinin məhsuludur. "mRNA-1273" adlanadırılan iynənin üçüncü mərhələ kliniki sınaqlarına start verilir.
Sınaqlar 30 min könüllü üzərində aparılacaq. Hər kəsə 0,1 miliqram həcmində iynə vurulacaq. Əgər nəticələr uğurlu olarsa bu COVİD-19-a qarşı peyvənd kimi istifadə olunacaq.
"mRNA-1273"ün sınağı iyulun 1-dən başlayır.
Xatırladaq ki, artıq koronavirus dünyada 7 milyon 630 nəfərə yoluxub. Virus 425 minə yaxın can alıb.