Azərbaycanda koronavirus infeksiyası (COVID-19) ilə bağlı aparılan testlərin sayı 900 000-i ötüb.
Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Belə ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 014, bu günə qədər isə ümumilikdə 904 506 test icra olunub.