Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19 insanın xərçəngdən qoruyan sistemini çökdürür - Türk alim

  • 2021.11.10 15:11
  • 1447 Baxış
COVID-19 insanın xərçəngdən qoruyan sistemini çökdürür -  Türk alim
İstanbulun Göztəpə Süleyman Yalçın Şəhər Xəstəxanasında təcili yardım şöbəsinə qəbul edilən xəstələr üzərində aparılan araşdırma koronavirusun orqanizmi xərçəng və ürək xəstəliklərindən qoruyan zülal səviyyəsini aşağı saldığını ortaya çıxarıb
Koronavirus infeksiyası hüceyrə membranında bədəni ürək-damar xəstəlikləri və xərçəng kimi mürəkkəb xroniki xəstəliklərdən qoruyan "LRP1" adlı müdafiə zülalının səviyyəsinin azalmasına səbəb olur.

Süleyman Yalçın Şəhər Xəstəxanasında 180 xəstə üzərində aparılan araşdırma COVID-19 infeksiyasına yoluxanların gələcəkdə ürək-damar xəstəlikləri və xərçəngə qarşı həssaslığının artıb-artmayacağına da aydınlıq gətirəcək.

Tədqiqatçılar koronavirusun orqanizmi belə xəstəliklərdən qoruyan sistemin ən əhəmiyyətli fermentlərindən olan ACE2-ni təsirsiz hala gətirdiyini və digər qoruyucu protein səviyyələrinin azalmasının da bu hadisə ilə əlaqəli olduğunu düşünürlər. Türk alimlərinin araşdırması onu deməyə əsas verir ki, bu sistemlərdəki genetik dəyişikliklər xəstələri ağır COVID-19-a meylləndirə bilər.

COVID-19-un qan lipidləri, ürək və maddələr mübadiləsinə təsirlərini öyrənən araşdırma dünyanın nüfuzlu “Paul Dudley White International Scholar Award” adlı mükafatına layiq görülüb.