Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVİD-19 əsasən burundan yoluxur - Mütəxəssislərdən xəbərdarlıq

  • 2020.10.06 15:10
  • 1728 Baxış
COVİD-19 əsasən burundan yoluxur  - Mütəxəssislərdən xəbərdarlıq

Mütəxəssislər bildirirlər ki, COVİD-19 infeksiyasında əsas yoluxma burundan keçir.

Medicina.az xəbər verir ki, həkimlər virusun əsasən 3 yolla ağız, burun və gözlərdən yoluxduğunu qeyd edirlər. Araşdırmalara görə isə ən çox burundan yoluxma olur.

Sadəcə ağzı bağlamaqla maska taxmaq virusla mübarizədə bizə kömək etməyəcək.



Həkimlər vurğulayırlar ki, bəzi insanlar maska taxarkən burun və ya çənə altında saxlayaraq gəzirlər. Virusun əsasən burundan yoluxduğunu bilərək, maska ilə həm burunun, həm də ağzı bağlamaq çox önəmlidir. Bunu bütün insanlar bilməlidir.

Eyni zamanda, ağızda hansısa bir kimyəvi dərmanla ediləcək qarqara öz təsirini az bir müddət göstərəcək.