Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19-da gənclərin ölməsinə səbəb olan 5 gen tapıldı

  • 2021.02.26 16:38
  • 1605 Baxış
COVID-19-da gənclərin ölməsinə səbəb olan 5 gen tapıldı
COVID-19-da gənc və sağlam insanların ölməsinə səbəb olan 5 gen tapılıb.

Medicina.az xəbər verir ki, yoluxmaların artmasından sonra mütəxəssislər gənc və sağlam insanların kovid-19-dan ölməsini artıran və immunitet sisteminin işini tənzimləyən 5 gen aşkarlayıb.

Bu genlər isə belədir: IFNAR2, TYK2, OAS1, DPP9 və CCR2

Koronavirus dedikdə ağıla ən çox risk qrupunda olanlar, yaşlı və xroniki xəstəliyə sahib olanlar gəlir. Amma bununla bağlı yetərincə araşdırma aparılmayıb. Yaşlı xəstələrdə virus immuniteti zəiflədərək bədənin koronovirusla savaşmasını çətinləşdirir.

İngiltərədə Beynəlxalq Statistika Mərkəzindən verilən məlumata görə, ölümlərin 9 faizindən 45-64 yaş aralığında gerçəkləşdiyini göstəri. Araşdırmada bəzi gənclərin niyə virusla mübarizə apara bilməyini, bəzi xroniki xəstəliyə sahib yaşlıların isə yüngül simptomlarla keçirtdiyini açıqlanıb. Beləki qeyd edilir ki, sağlam və gənc insanların niyə koronavirusdan öldüklərini tam olaraq açıqlanmır. Amma təxminlərdən biri, orqanizmin genetik olaraq buna uyğun olmasıdır. Bu gənclər valideynlərindən pis genetik xüsusiyyətlərini miras almış ola bilərlər. Bu da onlar üçün risk yaradır.