Mütəxəssislər bildirirlər ki, koronavirusa qarşı yalnız əl yumaq kifayət etmir. Dırnaqlara qulluq da çox önəmlidir.
Sabunla yuyun
Həm spirt, həm də tez-tez əl yumaq səbəbi ilə dırnaqlarımızda çatlamalar yarana bilər. Ona görə də əllərinizi mümkün olduğu qədər bol su və sabunla yuyun.
Dırnaqlarınızı qısa saxlayın
Əslində mikroblar qısa dırnaqlarda da olur. Buna görə də əlləri yayarkən dırnaqlar da yaxşıca təmizlənməli və qurudulmalıdır.
Dırnaqlarınızı dərin kəsməyin
Əl gigyenasında göstərdiyiniz diqqəti mütləq dırnaqlarınızada göstərməlisiniz. Və onları mümkün qədər qısa saxlamalısınız. Dırnaqlarınızı ay şəklində və dırnaq ucunda 1-2 mm-lik ağ hissə qalacaq şəkildə kəsməlisiniz.
Dırnaqyemə vərdişinə son qoyun
Virusun yayılmasının ən önəmli qaynağı əllər olduğu üçün dırnaqyemə və dırnaq ətlərini qoparma kimi vərdişləriniz varsa, bunlardan qurtulun.
Çatlayan dırnaq boyasını silin
Dırnaq boyaları dırnaqları daha səliqəli göstərsə də, 3-4 gün sonra onların qismən silinməsi və çatlaması halında yaranan aralıqlar mikroorqanizmlərin dırnaqlara yerləşməsi üçün uyğun bir ortam yaradır.
Taxma dırnaqlar çox risklidir
Taxma dırnaqlar boyalardan daha risklidir. Aparılan araşdırmalarda da taxma dırnaqların daha riskli olduğu sübut olunub.
Təmizlik əlcəksiz olmaz
Təmizlik işləri zamanı istifadə etdiyimiz vasitələr dırnaqlarımıza zərər verə bilər. Ona görə də mümkün olduğu qədər içi astarlı plastik bir əlcəkdən istifadə edin.
Dırnaqların da nəmə ehtiyacı var
Əlinizi yuduqdan sonra qurumağın qarşısını almaq üçün nəmləndirici sürtün.
Aygün Nəbiyeva
Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.