Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 80 milyonu ötüb.
Medicina.az xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Belə ki, indiyədək 80 182 968 nəfər koronavirusa yoluxub, 1 756 675 nəfər bu virusdan dünyasını dəyişib, 56 447 514 nəfər sağalıb.
Hazırda dünyada 21 978 779 aktiv koronavirus xəstəsi var ki, onlardan da 105 899-nun vəziyyəti ağır qiymətləndirilir.