“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”.
Medicina.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Milli Məclisin sürücülərinə kurslar təşkil edilib: “Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir”.