Çin mətbuatı COVID-19-a yoluxan şəxsin kimliyini yayıb.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, bu Uhanlı Vey soyadlı qadındır.
Qadın Uhanın "Hunan" bazarında canlı xərçəng satıcısı işləyib.
O, ötən il dekabr ayında qızdırma şikayəti ilə xəstəxanaya müraciət edib və beləliklə də qeydə düşüb.
İki iynə vurulsa da hərarəti enməyən Vey daha sonra “Zehe” xəstəxanasına müraciət edib.
Xəstəlik yayılmağa başlayandan sonra məlum olub ki, o, “Hunan” bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir.
Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bildirib. Həmin şəxslərin siyahısı araşdırılarkən 24 nəfərin Hunan bazarı ilə əlaqəli olduğu diqqəti çəkib.
Lakin hələ də virusun daşıyıcı heyvandan insana necə keçdiyi müəyyən oluna bilməyib.