Həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu pandemiya dövründə virusdan orqanizmi qorumaq üçün möcüzəvi qara zirəddən resept təqdim edir.
Medicina.az xəbər verir ki, son elmi tədqiqatlarla çörək otunun koronavirus müalicəsində müsbət təsiri təsdiqlənib.
Pakistan, Çili, Kanada və ABŞ-dan olan araşdırma komandası bal və "Nigella sativa" (çörək otu) qarışımının koronavirus müalicəsində təsirini araşdırıb.
Məlum olub ki, bu təbii dərman "COVID-19" xəstələrində simptomları, viral klirensi və ölüm risklərini azaldır.
Dr. Eldroğlunun məsləhət gördüyü resepti təqdim edirik:
"Çörək otu toxumu və bal 1:3 nisbətində (yəni 200 q çörəkotu və 600 q bal) qarışdırılır və gündə iki dəfə daxilə qəbul edilir".