Nigeriyada koronavirus xəstəliyinə qarşı iki peyvənd dərmanı hazırlanaraq klinik sınaqlara təqdim olunub.
Medicina.az xəbər verir ki, bu barədə ölkə prezidentinin COVID-19 ilə bağlı yaratdığı İşçi Qrupun rəhbəri, federal hökumət katibi Boss Mustafa Abucada brifinqdə deyib.
“Nigeriyalı alimlərin hazırladığı COVID-19-a qarşı azı iki peyvənd dərmanının klinik sınaqlarını və sertifikat almasını gözləməsi əlamətdardır. Bu gözəl hadisə elmi sıçrayışda yeni üfüqlər açaraq ölkənin tibb sənayesinin ovqat və imicini yüksəldəcək”, – o bildirib.
Hökumət nümayəndəsi rəsmi qurumları “başqa tədqiqatçıları də həvəsləndirmək üçün” dərmanların lazımi sertifikat almasına müvafiq dəstək göstərməyə çağırıb.
İşçi qrupun rəhbəri həmçinin Oksford – “Astra Zeneca” dərmanından 300 min doza aldıqlarını söyləyib.