Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19-a görə tibb işçilərinin maaş əlavələrinin vaxtı uzadıldı

  • 2025.02.03 18:24
  • 102 Baxış
 COVID-19-a görə  tibb işçilərinin maaş əlavələrinin   vaxtı uzadıldı


COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

"Medicina" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti aprel ayına qədər uzadılıb.