Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çörəyə insan və donuz tükü qatılır - Ekspertdən sensasion iddia

  • 2023.01.05 16:34
  • 7272 Baxış
Çörəyə insan və donuz tükü qatılır  - Ekspertdən sensasion iddia


Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun rəngini tündləşdirib qara çörək hazırlayır. Əslində bu çörəklər qara undan deyil.


Bakupost.az xəbər verir ki, bunu Sağlam Qida təbliğatçısı Asim Vəliyev "Space"də “Elin gözü" verilişində deyib.


“İstər unun rəngini dəyişmək, istər çörəyin tez boyatlaşmasının qarşısını almaq üçün qatqılardan istifadə olunur. Bunu ekspertlər bilir. Həmin qatqılar tükdən əldə edilir. Əgər həmin maddə Çində istehsal olunubsa, o zaman insan tükündən alınıb. Avropada isə bu maddə qaz və donuz tükündən əldə olunur. Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə olunur. Bu da ağ çörəklə qidalananlarda ağır xəstəliklərə səbəb ola bilər", - ekspert bildirib.