Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çörəkarası yağ-pendir yemək zərərlidir – Həkim

  • 2023.04.12 16:13
  • 2034 Baxış
Çörəkarası yağ-pendir yemək zərərlidir  – Həkim
Buterbrodu pendirlə birgə yeməyə adət etmişik. Əsasən də səhər yeməyində onu çox sevirlər.

“Medicina” xəbər verir ki, bu ikili mədəaltı vəzə zərər verir.

Çörəkarası yağ və pendir hamımızın sevimli səhər yeməyidir. Lakin mədaltı vəzinin ən böyük düşmənidir.

Həkim - qastroenteroloq Sergey Vyalov bildirir ki, bu məhsulda heyvan yağlarının miqdarı 50 % təşkil etdiyindən yağlı hesab edilir.

Pendir bu məhsulun yarısını təşkil etdiyindən, kərə yağı ilə çorək yağlılığın və xolestrolun miqdarını artırır.
Kərə yağı və pendir birlikdə bədənimizə sadəcə, xolesterin və trigliseridlərin "şok dozası" verir ki, bu da mədəaltı vəziyə yükü artırır və qan damarlarının aterosklerozunun inkişafını sürətləndirir.

Belə bir sendviçi hər gün yemək bədənə davamlı olaraq daxil olan kalorilərin həzm edilməsi və assimilyasiyası ilə bağlı problemlər yaradır. Bu proseslər yağ yığılmasına kömək edir. Unutmayın ki, artıq çəki bütövlükdə sağlamlığa mənfi təsir göstərəcək.

Çünki bu cür məhsulları istehlak etdikdən sonra qanda xolesterinin səviyyəsi yüksəlir. Bu cür dəyişikliklər qan damarlarının vəziyyətinə və qan dövranı sisteminə mənfi təsir götərir və müəyyən xəstəliklərə səbəb olur.

Günay Quluzadə