Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaxşı çörəyi necə seçək - Hansından alaq?

  • 2021.05.15 11:55
  • 1891 Baxış
Yaxşı çörəyi necə seçək -  Hansından alaq?
Çörək bəslənməmizdə xüsusi yer verdiyimiz qidadır. Çörəyi yediyimiz qədər hansı növünü seçdiyimiz də önəmlidir.


Medicina.az xəbər verir ki, diyetoloq Aslıhan Küçük Budak bununla bağlı bəzi məlumatlar verib:

“Tam buğda unlu, çovdar, yulaf kimi tam taxıllı çörəklər dəmir, maqnezium, selenium, B vitaminləri ilə zəngindir və yüksək diyet lifli tərkibi ilə qan şəkərini normada saxlayar, uzun müddət toxluq hissi yaradar, bağırsaq hərəkətlərini və qan parametrlərini yaxşılaşdırar. Ağ çörək isə qan şəkərini yüksəldir və tez acmağa səbəb olur”.

100 FAİZ TAM BUĞDA UNLU ÇÖRƏK

Bu çörəkləri alarkən 100 faiz tam buğda unundan olmasına fikir verin.

MAYALI TAM BUĞDA UNLU ÇÖRƏK

Turş mayalı çörək bağırsaq sağlamlığını qoruyur və həzmi dəstəkləyir. Bu cür mayalı çörəklər həm tam buğda, həm də ağ undan hazırlanır.

YULAF ÇÖRƏYİ

Yulaf çörəyi ümumi olaraq yulaf, tam buğda unu, maya, su və duzdan hazırlanır. Yulaf, xolesterolu aşağı edir, qan şəkərini normallaşdırır və yüksək təzyiqi aşağı etməyə kömək edən beta-glukan və magnezium, tiamin, dəmir və sink kimi faydalı bəsinlərlə zəngindir. Bu səbəblə yulaf çörəyi də sağlam bir seçimdir.