İspaniya alimlər sənaye cəhətən ultra emal olunmuş qidaların ürək-damar sistemini sıradan çıxarıb, erkən ölümə səbəb olduğunu açıqlayıb.
Bu qidalara çörək, un məmulatları, yarıbfabrikatlar, qazlı içkilər aiddir.
Onlar sənaye cəhətdən bir neçə dəfə emal edilir. Tərkibində yüksək miqdarda şəkər, duz, yağlar, aromatizatorlar, rənhlər var.
Lif, mineral və vitaminlər isə bu qidalarda yox dərəcəsindədir.
Hazırda müasir insanların gündəlik qidasının 60%-ni bu məhsullar təşkil edir.
Medicina.az xəbər verir ki, İspaniyada bu yöndə 2 eksperiment aparıblar.
Onlardan birində 105 min könüllü iştirak edib. Bu adamların sağlamlıq durumunu 10 il boyunca izləyiblər.
Nəticədə məlum olub ki, çoxmərhələli emal olunmuş qidalar xəstəlik və ölüm faizini 13% artırıb.
İkinci təcrübədə isə 20 min insan iştirak edib. Onların qidalanması ilə vaxtından əvvəl ölüm səbəbləri arasında əlaqə araşdırılıb.
Yenə də gündə 4 pay emal olunmuş qidalar yeyən insanlarda erkən ölümün 62% artdığı sübut olunub.
Hər əlavə qida payı insanı ölümə daha 12% yaxınlaşdırır.
Alimlərin fikrincə, insanlar yüksək dərəcədə emal olunmuş qidaları az emal və ya heç emal olunmamış qidalarla əvəz etməlidirlər. Bu siyahıda birinci yeri ağ çörək tutur.