İmmun sistemimiz bakteriyalara,viruslara qarşı antitellər yaradaraq bizi qoruyur.Ancaq bəzən bizə xeyirli maddələrə qarşı da antitel yaranır.Çölyak xəstəliyində qlütein adlı proteinə qarşı yaranan antitellər nazik bağısaqları zədələyir və həzm,sorulma prosesləri pozulur. Xüsusilə Dəmir və fol turşusu sorulması pozulur.
Çölyak xəstəliyinin simptomları bəzən çox zəif,bəzən çox şiddətli olur,buna görə bir neçə tipi olur:
Klassik Çölyak-Daha çox südəmər dövrdə un məhsullarına keçən zaman meydana çıxır.İnkişafdan geri qalma,xroniki ishal,qarında şişkinlik,iştahasızlıq,qusma,əzələ zəifliyi kimi əlamətlər görülür.
Atipik Çölyak-Adətən 5-6 yaşdan sonra və böyüklərdə görülür.Boy qısalığı,cinsi inkişafda gecikmə,diş minası defektləri,dəmir çatışmazlığı ilə yanaşı təkrarlayan qarın ağrısı,ürəkbulanma,qusma,qaraciyə sınaqlarının yüksəlməsi,qəbizlik,albumin azlığı kimi atipik əlamətlər görülür.
Səssiz çölyak - Bu zaman xəstəlik təsadüfən tapılır,xüsusi şikayət olmur.
Bir də Çölyak olmayan qlüteinə qarşı həssaslıq var ki,bu da əhalinin 20%də rast gəlinir.Baş ağrısı,diqqət pozğunluğu,oynaq ağrıları,ayaqda,qollarda,əllərdə keyimə hissi olanlarda mütləq araşdırılmalıdır.
Ümumiləşdirsək kimdə:qarın ağrısı,qan azlığı,ishal,qusma,qəbizlik,açıq rəngli və pis iyli nəcis ifrazı,qarında şişkinlik,köp,çəki azlığı,yorğunluq,halsızlıq,oynaq və sümük ağrıları,dəmir çatışmazlığı,baş ağrısı,səbəbi tapılmayan qaraciyər xəstəliyi,əhval ruh dəyişilikləri,sonsuzluq varsa çölyak xəstəliyi ola bilər.
Çölyak xəstəliyinin müalicəsində qlütensiz pəhrizə əməl olunmalı,sorulmayan mineral və vitaminlər yerinə qoyulmalı,bağırsaq mukozasının bərpası üçün mikrobioloji müalicə aparılmalıdır.
Məlumat üçün:
- (012)430 89 89
- (050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
- Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI