Dünya ulduzları Ancelina Coli və Bred Pittin qızı Şaylonun atasının soyadından niyə imtina etdiyi açıqlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Şaylonun vəkili açıqlama verib.
“People” yazır ki, gənc qız travmatik hadisələrdən sonra bu qərara gəlib.
Bir neçə həftə əvvəl Ancelina Colinin övladlarının onun səhhətindən narahat olduğu barədə məlumatlar yayılmışdı.
Onların çevrəsindən olan bir mənbə aktrisanın Bred Pittlə boşanma prosesinə görə qidalanma problemi yaşadığını bildirib. Mənbənin sözlərinə görə, keçmiş həyat yoldaşı ilə sahib olduqları mülklərə görə tez-tez məhkəmə çəkişmələri olan aktrisa stress səbəbilə yemək yeyə bilmir.
Xatırladaq ki, 18 yaşlı Şaylo atasının soyadından imtina etmək üçün sənədləri mayın 27-də təqdim edib. İyulun 20-də gənc qız “The LA Times”ın elanlar bölməsində atasının soyadından imtina etdiyi barədə xəbər dərc etdirib.
Aysel