Burun və boğazı tez-tez bu iki bitkinin dəmləməsi qarışımı ilə qarqara etmək kovidin ağırlaşmasından qoruyur.
Medicina.az xəbər verir ki, bunu infeksionist, tibb elmləri namizədi Yevgeniy Timakov bildirib.
“Burun boğazdan keçən virus dozası nə qədər az olarsa, xəstəlik bir o qədər yüngül keçər. Bunun üçün maskadan əlavə hər gün, xüsusən şübhəli yerlərdə, məqamlardan sonra burun-boğazı xüsusi məhlullarla dezinfeksiya etmək lazımdır.
Bəzi aptek vasitələri, dəniz suyu, natri xlor burundaxili yerli immuniteti də azaldır. Bizə əksinə, boğaz və burunun yerli imminitetini aşağı salmayan, normal mikrofloranı qoruyan mayelər lazımdır. Bu isə bitki məhlullarıdır.
Bunun üçün sürvə (şalfey), çobanyastığı, zəncəfil dəmləməsindən istifadə edə bilərsiz. Diqqəti burundakı virus yükünə yönəltmək lazımdır. Profilaktika məqsədilə bitkilərdən istifadə edin, antiseptik məhlullar isə ancaq yoluxma riski olduqda və test verib cavabı müsbət çıxdıqda edilə bilər”.