Oklend Universitetinin alimləri televizor və planşetə baxmağın uşağın psixikasına təsirini qiymətləndirmək üçün 3787 uşaq və onların valideynlərini əhatə edən iki araşdırma aparıblar.
“Medicina” xəbər verir ki, birinci araşdırmada mütəxəssislər qadjetlərin 2 yaş və yuxarı, ikincidə 4-5 yaşlı uşaqlarda diqqət çatışmazlığının hiperaktivlik pozğunluğu ilə potensial əlaqəsini təhlil edib.
Tədqiqatçılar iştirakçıların televizora baxmağa nə qədər vaxt sərf etdiklərini, həmçinin cizgi filmləri və şoulara baxmaqla bağlı vərdişlərini öyrənmək üçün sorğu keçiriblər.
Nəticələr göstərib ki, ekranda iki saatdan çox vaxt keçirmək davranış problemlərinə səbəb olmayıb. Bununla belə, elm adamları daha bir kəşf ediblər: diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu əlamətləri olan 4-5 yaş və yuxarı yaşda uşaqlar televizor asılılığı olmayan yaşıdları ilə müqayisədə televizora daha çox vaxt sərf edirlər.
Tədqiqat müəlliflərinin fikrincə, bu, sadəcə hiperaktiv uşaqları sakitləşdirdiyini deməyə əsas verir.
Alimlər belə hesab edir ki, Diqqət Əskikliyi Hiperaktivlik Bozğunluğu (DƏHB) olan uşaqlar həmyaşıdları ilə ünsiyyətdə daha çətin olur və televiziya onlar üçün minimum stresli alternativə çevrilir. Parlaq rənglər və ekrandakı hərəkətin dinamikası onların daha çox marağına səbəb ola bilər.
Alimlər bildirib ki, televizora çox vaxt sərf etməyin uşaq psixikasına mənfi təsiri ilə bağlı qorxulu fikirlər çox şişirdilib və sübutu azdır.
Onlar bildirib ki, televizora baxmaqla çox vaxt keçirtmək uşağın həmyaşıdları arasında əlaqələrə mənfi təsir etmir.
Günay Quluzadə