Yaddaşın gücləndirilməsi demək olar ki, hər kəs üçün vacibdir. Çünki unutqanlıq həyat səviyyəsinə mənfi təsir göstərə bilər.
Unutqanlıqdan əziyyət çəkən bir çox insan müxtəlif qidalar qəbul edir. Bunun üçün əsasən balıq, qoz kimi qidalardan istifadə etmək tövsiyə olunur.
Medicina.az xəbər verir ki, ancaq bu baxımdan həm dadı, həm də faydaları ilə ön planda olan daha bir qida var. Bir çox insan çiyələyin yaddaşı gücləndirdiyindən xəbərsizdir. Halbuki çiyələk yaddaş problemləri ilə yanaşı, xolesterinin səviyyəsini aşağı salmaq və immunitet sistemini gücləndirmək kimi fərqli aspektlərdə kömək edə biləcək bir meyvədir.
Çiyələyin faydalarından bəziləri bunlardır:
• Bağırsaqlara faydası var. Həzmi dəstəkləyir.
• Xolesterolu azaltmağa kömək edir.
• Xroniki xəstəliklərə tutulma ehtimalını azaldır.
• Qan şəkərini balanslaşdırmaqda faydalı ola bilər.
Qeyd edək ki, çiyələk allergik reaksiyalara səbəb ola bilən meyvədir. Allergiyası olmayanlar belə çiyələyi bir gün ərzində 1-2 porsiyadan artıq yeməməlidir.
Aysel