Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çiyələklərə də antibiotik vururlar - Zərəri

  • 2023.04.24 19:52
  • 1997 Baxış
Çiyələklərə də antibiotik vururlar  - Zərəri
Rusiya çiyələklərində normadan 20 qat artıq antibiotik aşkar edilib.

“Medicina” xəbər verir ki, Rusiyada istixanalarda yetişdirilən çiyələklərdə antibiotiklərin miqdarı miqyasdan kənara çıxır.

Bundan fərqli olaraq, xaricdən idxal edilən çiyələklərdə və giləmeyvələrdə başqa zəhərli maddələr aşkarlanıb.

Rosselxoznadzor mütəxəssisləri çiyələklərin keyfiyyəti ilə bağlı məlumatları açıqlayıb. Həm Rusiya istehsalı olan giləmeyvə, həm də xaricdən gətirilənlərlə bağlı problemlər var.

İstixana şəraitində yetişdirilən çiyələklərdə antibiotiklərin 20 dəfə artıqlığı, xüsusən də tetrasiklin aşkar edilib. Xaricdən gətirilən çiyələklərdə həddindən artıq zəhərli maddələr aşkar edilib.


Rosselxoznadzor məlumat verib ki, indi bitki mənşəli məhsullarda antibiotiklərin tərkibinə dair müəyyən edilmiş standartlar yoxdur. İstər ölkəyə gətirilən, istərsə də istixana şəraitində yetişdirilən çiyələklərin satışına qadağa qoyulmasından söhbət getmir. Amma departament gələcəkdə normativ-hüquqi bazaya lazımi dəyişikliklərin edilməsi üçün bitki mənşəli məhsullarda yoxlamalar aparmaq niyyətindədir.

İdxalçılar məhsullarında antibiotiklərin istifadəsini inkar edirlər. Əksər ölkələr bitkiçilikdə tibbi antibiotiklərin istifadəsini qadağan edib.

Lakin çiyələklərin becərilməsi zamanı antibiotiklərdən iri şirkətlər deyil, daha çox kiçik təsərrüfatlar istifadə edir.
Daşınma zamanı tez xarab olan meyvə və giləmeyvələri uzun müddət saxlamaq üçün pestisidlərlə birlikdə, tetrasiklin və digər antibiotiklərdən istifadə edilir.

Belə giləmeyvə süfrənizə düşəndə və siz onlardan çox yeyəndə orqanizmdə antibiotiklər çox toplana bilər. Nəticədə, bu, qida allergiyasına gətirib çıxaracaq. Ən təhlükəlisi isə patogen mikrofloranın antibiotiklərə qarşı müqaviməti qırılacaq.

Alimlər köhnə infeksiyaların qayıdışını və yenilərinin meydana çıxmasını qeyd edirlər.

Alimlər hesab edirlər ki, dünyada superinfeksiya epidemiyası çoxdan başlayıb. Problemin bir hissəsi ondan ibarətdir ki, son 30 il ərzində alimlər bir dənə də yeni antibiotik sinfi yarada bilməyiblər.

Aynurə Məmmədova