Çiy süd içmək beyinə zərər verən brusellyoza səbəb ola bilər.
“Medicina” xəbər verir ki, təzə süd içdikdə brusellyoza yoluxma riski yüksəkdir. Brusellyoz xəstə heyvandan insanlara keçə bilən infeksiyadır. Brusellyozun ən təhlükəli nəticələrindən biri beyin zədələnməsidir.
Bruselyoz insanlara mal-qara, qoyun, keçi, donuz və it kimi heyvanlardan keçən bir xəstəlikdir. Patogen bakteriyalar bədənə yoluxmuş heyvanın əti, südü, sidiyi və ya nəcisi ilə birbaşa təmas yolu ilə keçir. Bu səbəbdən heyvanlarla və ya çiy ətlə işləyən fermerlər, baytarlar və qəssab işçiləri xüsusilə risk altındadır.
Bruselyoz riskini azaltmaq üçün çiy ət və pasterizə olunmamış süd məhsullarının istifadəsindən çəkinmək lazımdır. Heyvanla və ya onların ətləri ilə işləyərkən qoruyucu geyim və ya əlcək geyinmək də vacibdir.
Həkim – diyetoloq Maryat Muxinanın sözlərinə görə, brusellyoz dəhşətli xəstəlikdir, beyində mikroorqanizmlərin ocaqları əmələ gələ bilər.
“Belə bir lezyon nəticəsində zehni, paranoid pozğunluqları inkişaf etdirə bilər. Sağılandan sonra süd istilik təsirinə məruz qalmalıdır, bu onu brusellyoz törədən bakteriyalara yoluxmaqdan qoruyacaq.
Xəstəliyin ümumi simptomları aşağıdakılardır:
• Yüksək hərarət (Bu ən çox rast gəlinən simptomdur və adətən günortadan sonra yaranmağa meyllidir)
• Kürək və bel nayihəsində ağrılar
• Əzələ ağrıları
• Ümumi bədən ağrısı
• Anoreksiya
• Çəki itkisi
• Baş ağrısı
• Gecə tərləmələri
• Zəiflik
• Qarın ağrısı
Günay Quluzadə