Kondinsionerlər hər il təmizlənib, xüsusi təhlükəsizlk baxışından keçməlidir. Təmizlənməmiş, filtrləri yuyulmamış kondinsionerlər qoşulduqda xəstəlik mənbəyinə çevrilir.
Bakupost.az xəbər verir ki, bu barədə burun-boğaz həkimi Vladimir Zayçev açıqlama verib.
"Təmizlənməmiş, filtri çirkli, tozlu kondinsionerdən otağa mikrogənələr, toz zərrəcikləri, allergenlər yayılır və onlar burun-boğazla tənəffüs yollarına keçir.
Bu gənələri gözlə görmək mümkün deyil. Onlar ölmür, məhv olmur. Hara daxil oldularsa, orda quruyub qalır.
Elə ki, ətraf mühit soyuq, rütubətli oldu, onlar dərhal canlanır. Ona görə də kondinsionerin filtri, toru arasında quruyub qalan bu gənələr cihaz qoşulan kimi oyanırlar.
İnsan nə qədər kondinsionerə yaxın olsa, bir o qədər soyuq axınla bu gənələr onun tənəffüs sisteminə keçə bilir.
Mikro gənələrin yaratdığı xəstəliklər: tonzillit, astma, xroniki bronxit, farinqolaringit, immunitet zəifliyi, öskürək, iltihab.
Hətta bu pnevmoniyaya kimi gedib çıxa bilər. İnsanın boğazı daim qıcıqlanır.
Xüsusən uşaq sağlamlığı üçün bu çox təhlükəlidir.
Ona görə hər fəsildən öncə kondinsionerin hava vuran hissəsi, daxili bloku tam yuyulmalıdır.
Pəncərələrlə yanaşı insan kondinsionerinin də filtlərini yumalıdır. Çünki onlar da bir növ pəncərədir.
Onları xlorgeksidinlə yuyun. Bu zaman zərərli mikroflora ölür".
Aygün Musayeva
BakuPost