Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çipslərdə “mışyak” aşkar edildi- ARAŞDIRMA

  • 2020.04.29 18:56
  • 4150 Baxış
Çipslərdə “mışyak” aşkar edildi - ARAŞDIRMA

Çipslərin laborator analizləri onlarda kadmiy və “mışyak” kimi zərərli metal və maddələrin normadan artıq olduğunu aşkarlayıb.

Medicina.az xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət dövlət komitəsi “Roskaçestvo” marketlərdə satışda olan 16 adda çips markasını 54 keyfiyyət göstərici analizindən keçirib.

Analizlərlə həm alıcılar arasında çipslərlə bağlı yaranmış miflər və inamsızlığa aydınlıq gətirmək məqsədi də daşıyır.

Yoxlamadan pendir dadlı kartof çipsləri – Lays, “Kajdiy den”, “Pringles”, Kraks, Naturals, Pomstcks, Lorenz, meqaçips, qarğıdalı çipsi olan Delicados, Happy Nachos, Santa Maria, çuğundur çipsi və s. keçirilib.

Araşdırmanın nəticəsində görə, mütəxəssislər heç bir markanın məhsulunun tərkibində QMO, süni rəngləndirici, konservant, aflotoksin, konservantların ciddi miqdarda normadan kənara çıxılmaları aşkar edilməmişdir.

Lakin Pomsticks, Lorenz, Kracks, Moskovskiy kartof markalarında kadmiy elementi aşkarlanıb. Pomsticks çipslərində onun midarı 10 dəfəyə qədər artıq idi.

“Zdoroveda” çuğundur çipslərində isə mışyak kimi zəhərli maddə aşkarlanıb.

“Moskovskiy kartofel”çipslərində kanserogen maddə olan akrilamid də normadan artıq idi. Bu maddə kartof çipsi qızardılanda yaranır.

Heç bir marka nümunəsində bağırsaq çöpü, kif və stafilakokk aşkarlanmayıb.
Çipslərin çoxunda pestisid qalıqları aşkarlanıb.