Çox çipsi yeyənlərdə xərçəng olma ehtimalı artır.
"Medicina" xəbər verir ki, dietoloq Aleksey Kovalkov bəzi qidaların hüceyrələrin kontrolsuz olaraq bölünməsinə səbəb olduğunu bildirib.
Hüceyrələrin nəzarətsiz bölünməsi isə törəmələrə səbəb olur.
Yeni elmi tədiqat qeyri sağlam qidalanmanın 35% xərçəngin səbəbi olduğunu sübut edib.
Eləcə də siqaret çəkmə 25% şişlərə səbəb olur.
Şiş hüceyrələri üçün ani enerji, benzin rolunu oynayan tez həll olan karbohidratlar lazımdır. Bu qidaların reytinqində birinci yeri çipslər tutur.
Onlardan sonra qazlı, şirəli içkilər, daha sonra kolbasa, sosis, un məmulatı gəlir.
Ona görə də gün ərzində çips yeyib, şirəli su içənlərdə xərçəng riski yüksəlir.
Sutkada qəbul olunan şirniyyatın miqdarı 100 qramı keçməməlidir.
Aygün Musayeva