Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsiyyət üzvlərinin qırmızı işıqla müalicəsi - Faydaları

  • 2023.03.13 17:35
  • 1770 Baxış
Cinsiyyət  üzvlərinin qırmızı işıqla müalicəsi  - Faydaları
Cinsiyyət orqanlarını qırmızı işıqla müalicə edərkən, cinsi zəifliyi aradan qaldırmağın mümkün olduğunu araşdırıblar.



“Medicina” xəbər verir ki, Yaponiyanın Noqya şəhərinin Universitetlərində aparılan araşdırılma nəticəsində cinsiyyət orqanının qırmızı işıqla müalicəsi nəticəsində cinsi zəifliyi aradan qaldırmağın mümkün olduğunu aşkar ediblər. 60 saniyə qırmızı işıqla işıqlandırma kişi libidosunu artıra bilər.

Müalicə sadəcə bu nahiyəyə xüsusi NORD-1 preparatı yeridildikdən sonra penisin dərisinin xüsusi lampanın işığı ilə işıqlandırılmasından ibarətdir. O, qan damarlarının genişlənməsinə kömək edən, penisə qan axını artıran və ereksiyanı yaxşılaşdıran azot oksidi buraxaraq işığa reaksiya verir.


Qan damarlarını genişləndirmək üçün bədənə sadəcə azot oksidinin yeridilməsi həll yolu deyil, çünki bu, aşağı qan təzyiqi kimi arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Ancaq dərmanın bu şəkildə tətbiqi ilə azot oksidi yalnız işıq cinsiyyət orqanlarına dəydikdə sərbəst buraxılır. Bu da onu daha təhlükəsiz edir. Erektil disfunksiya üçün digər inyeksiya müalicələrindən fərqli olaraq, kişi hər dəfə cinsi əlaqədən öncə bunu etmir.


Yapon alimləri metodun dərman müalicəsinə cavab verməyən kişilərdə də işləyə biləcəyinə inanırlar. Onlar yaxın bir neçə ildə artıq insanlar üzərində sınaqlarına başlamağa ümid edirlər. Hər on kişidən birinin nə vaxtsa erektil disfunksiya ilə qarşılaşacağı təxmin edilir. Səbəbləri diabet və hormonal problemlərdən tutmuş stress və depressiyaya qədərdir.

Günay Quliyeva