Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi zəifliyin əsas əlaməti – Həftədə 1 dəfə....

  • 2023.05.08 21:26
  • 5058 Baxış
Cinsi zəifliyin əsas əlaməti  – Həftədə 1 dəfə....
Cinsi istəksizlik, insanın cinsi əlaqədə olmaq hissi və ya istəyinin azalması problemidir. Cinsi istəksizlik cinsi fəaliyyətə olan istəyin azalması və ya heç olmaması kimi müəyyən edilə bilər.

Məsələn, həftədə 1 dəfə və ya 10 gündən bir cinsi əlaqə artıq cinsi zəiflik hesab oluna bilər.


“Medicina” xəbər verir ki, kişilərdə cinsi istəksizlik ümumiyyətlə psixoloji faktorlara bağlı olmaqla yanaşı, kişi hormonu testosteron çatışmazlığı nəticəsində də yarana bilər.

Mütəxəssislərin sözlərinə görə, psixoloji səbəblərdən qaynaqlanan cinsi istəksizlik müxtəlif yaşlarda meydana gələ bilər. Bu səbəbdən cinsi istək zaman-zaman azala və ya arta bilər.

Lakin üzvi faktorların təsirindən yaranan cinsi istəksizlik ilk vaxtlarda yüngül xarakter alır və zaman keçdikcə, özünü daha qabarıq şəkildə büruzə verir.

Kişilərdə cinsi zəiflik üçün xüsusi yaş qrupu yoxdur. Cinsi istəksizlik çox gənc yaşda da baş verə bilər. Uğursuz ilk təcrübə, əvvəlki cinsi təcrübənin olmaması və ya nikahdan əvvəl narahatlıq səbəbindən yaranır.

Psixoloji təsirlər tez-tez erkən yaşlarda müşahidə edilsə də, kişilərdə cinsi istəksizliyə səbəb olan üzvi problemlər gənc yaşlarda da yaşana bilər.

Beynin hipofiz və hipotalamus bölgəsinin testosteron ifrazına təsir edən xəstəlikləri və ya xayalarda funksional pozğunluqlar hər yaşda baş verə bilər. Halbuki, insanlar arasında çox vaxt səhv olaraq, "andropauza" adlandırılan testosteron çatışmazlığının 50 yaşından sonra yaranması ilə bağlı fikir var.

Kişilərdə estrogen hormonunun artması təbii olaraq cinsi istəksizliyə səbəb ola bilər, çünki testosteron-estrogen balansı pozulur.

Günay Quluzadə