Yorğunluq, stress, düzgün qidalanmamaq, şəhər mühitində hər addım insanı izləyən gərginlik, istirahətsiz uzanan iş günləri, oturaq həyat tərzi və bu kimi digər hallar kişilərin intim həyatına mənfi təsir edən amillərdir. Bu cür həyat tərzi keçirən kişilər gec-tez cinsi zəiflik kimi xoşagəlməz vəziyyətlə üzləşirlər.
Təəsüflər olsun ki, bu problemin həllini bir çoxları mütəxəssis məsləhəti olmadan apteklərə üz tutmaqda, cinsi həvəsi artıran kimyəvi dərmanları əldə etməkdə görürlər. Ancaq daha yaxşı olar ki, orqanizmə necə təsir edəcəyini və hansı fəsadları yaradacağını bilmədiyiniz dərmanlardan əvvəl xalq təbabətinin sınanmış vasitələrindən istifadə edəsiniz. Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək.
Bal və qoz
Ayrı-ayrılıqda istər balın, istərsə də qozun zəif potensiyaya qarşı xeyirli olması hamımıza bəllidir. Ancaq bu ikisinin qarışığı daha effektlidir. Hətta mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra”dan da güçlü olması söylənilir. Bu resept olduqca sadə və hazırlanması çox asandır. Xırda doğranmış qozun üzərinə eyni miqdarda bal əlavə edilməli və yaxşıca qarışdırılmalıdır. Daha sonra qarışığa bir neçə qaşıq zeytun yağı və eyni miqdarda limon şirəsi də əlavə olunmalıdır. Gün ərzində bir xörək qaşığı qəbul etməklə potensiyanı gücləndirmək, cinsi həvəsi artırmaq və orqanizmin gündəlik vitamin və minerallara tələbatını ödəmək mümkündür.
Gicitkən
Gicitkən xalq təbabətində geniş istifadə olunan bitkilərdən biri sayılır. Bu bitki həm də zəif potensiyaya qarşı mübarizədə ən yaxşı vasitələrdən biridir. Bunun üçün əzilmiş gicitkən toxumunu eyni miqdarda bal və qırmızı şərabla qarışdırmaq lazımdır. Alınmış qarışıqdan bir xörək qaşığı qəbul etsəniz intim həyatınızda özünüzü tam fərqli hiss edəcəksiniz.
Həmçinin, gicitkən, yumurta və soğandan hazırlanmış salatdan müntəzəm istifadə etməklə cinsi fəaliyyətinizi normallaşdırmış olarsınız.
Kəklikotu cövhəri
Cinsi zəifliyə qarşı sınanmış vasitələrdən biri də kəklikotu cövhəridir. Bu cövhəri hazırlamaq üçün 100 qram qurudulmuş kəklikotunu əzib üzərinə 200 qram qaynar su əlavə etmək və soyuduqdan sonra içmək lazımdır. Kəklikotu cövhəri gündə 2 dəfə 1 fincan yeməkdən sonra qəbul edilməlidir.
Yemişan dəmləməsi
İntim həyatlarına diqqət yetirən kişilər hələ qədim zamanlardan yemişan dəmləməsindən istifadə ediblər. Bu dələməni hazırlamaq üçün 3 xörək qaşığı yemişan çiçəyinin üzərinə 3 stəkan soyuq su əlavə edilib 10 saat saxlanılmalıdır. Bu müddətdən sonra o, 6 dəqiqə zəif odun üzərində qaynadılmalıdır. Qaynadıldıqdan sonra dəsmala büküb 30 dəqiqə saxlanılmalı, soyuduqdan sonra qəbul edilməlidir. Yemişan dəmləməsini gündə üç dəfə bir stəkan içmək lazımdır. Səhərlər acqarnına, günorta və axşam isə yeməkdən sonra.
Qeyd etmək yerinə düşərdi ki, adları sadalanan bitkilər şəhərimizin demək olar ki, bütün apteklərində satılır və qiymətləri də olduqca münasibdir.
Sağlamlığınızla bağlı atacağınız hər bir addımda həkiminizlə məsləhətləşməyi də unutmayın.
Salam məndə cinsi zəiflik olur əlaqəyə girməyə həvəs qalmir demək olarki yəni maraq olmur necə koməklik edə bilərsiz
İmişli
Salam.Mən cinsi zəiflikdən əziyyət çəkirəm..əvvəllər tez boşalirdim.ondi artiq demək olarki heç olmaq istəmirəm.əslində çox sekslə məşğul olmaq istiyən adam olmuşam.birdə sidik kisimdə 25faiz maye qalir.nə edə bilərəm?
Demek.olar ki cox zeifdir tez bosaloram hec belkede 1 deqiqe bele cekmir
Sabirabad
seki
Salam mende cinsi zeifcilik olur elaqede olandan somram ehtiras olir ve ikinci defe alinmir zehmet olmasa ne etmeyimi deyin
Abyev