Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi zəifliyi aradan qaldıran FAYDALI RESEPT

  • 2018.01.10 10:47
  • 37608 Baxış
Cinsi zəifliyi aradan qaldıran  FAYDALI RESEPT
Kərə yağı qədim zamanlarda tək qida deyil, qiymətli müalicəvi məhsul sayılırdı.


Kərə yağının köməyi ilə bir çox xəstəliklər müalicə olunurdu. Bu xəstəliklər arasında öskürək, vərəm, pnevmoniya, dəri problemləri, mədə və bağırsaq xəstəlikləri, babasil və s. var.


Hindistanda əridilmiş kərə yağı 1001 dərdin dərmanı sayılır və Ayurvedada bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Müalicəvi bitkilər və ədviyyatlar əridilmiş kərə yağı ilə qarışdırılır və bu halda daxilə qəbul olunur və ya dəriyə çəkilir.


Təbii, keyfiyyətli kərə yağı həqiqətən çox qiymətli və faydalı məhsuldur. Kərə yağının tərkibində bir çox vitaminlər (xüsusilə A, E, D), minerallar, yağlı turşular, zülallar var.   


Medicina.az saglamolun.az-a istinadən sizə kərə yağının müalicəvi xüsusiyyətlərini təqdim edir:


- Kərə yağı mədə xorası və eroziyalar zamanı selikli qişaların bərpasını sürətləndirir. Bunun üçün kərə yağını eyni miqdarda balla qarışdırın gündə 3 dəfə 1 ç.q. olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.


- Öskürək və bronxit  zamanı kərə yağı əlavə olunmuş süd istifadə olunur. Bunun üçün 1 stəkan isti südə 1 ç.q. kərə yağı əlavə edin, qarışdırın və için.


- Kərə yağı vərəm xəstələri üçün çox faydalıdır.


- Keçmişdə kişilərdə cinsi zəifliyi aradan qaldırmaq üçün belə reseptdən istifadə olunurdu - kərəviz xırda doğranılır, kərə yağı ilə qarışdırılır və gündə 2-3 dəfə 1 ç.q. olmaqla qəbul olunur.


- Zökəm zamanı hər gün buruna bir neçə damcı ilıq əridilmiş kərə yağını damcılayın. Bu sadə vasitə selikli qişaları bərpa edir. Bu müalicə üsulu həmçinin haymorit və böyümüş adenoidlər zamanı da istifadə olunur.   


- Dodaqlarda çatlar zamanı onlara gündə bir neçə dəfə kərə yağı çəkin.


- Dərini daha gözəl və cavan etmək istəyirsinizsə, üzünüzə krem əvəzinə əridilmiş kərə yağı çəkin, 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin. 


- İmmun sistemini möhkəmləndirmək, soyuqdəymə xəstəliklərindən qorunmaq üçün sarımsaqlı yağdan istifadə edin. 200 qr kərə yağı və 1 baş sarımsaq götürülür. Sarımsaq əzilir, yağla qarışdırılır və hər gün adi kərə yağı kimi çörəyə çəkilib yeyilir.