Qidalanma insan sağlamlığına çox böyük təsir edir. Müəyyən qida məhsulları xəstəliklərin riskini artıra, digərləri isə əksinə xəstəlik və pozulmalardan qoruya bilir.
Belə ki, şəkər insan sağlamlığı üçün ən ziyanlı, ürək-damar, qaraciyər və digər xəstəliklərin riskini artıran məhsuldur. Tərəvəzlər isə əkisnə ən faydalı və sağlamlığı qoruyan qidadır.
Tanınmış rusiyalı həkim-diyetoloq Yelena Solomatinanın sözlərinə görə, bəzi əlçatan və ucuz qida məhsulları kişiləri cinsi zəiflik, impotensiya və testosteronun azalmasından qoruya bilir.
Mütəxəssisin sözlərinə görə, impotensiyadan qorunmaq üçün kişilər qidalanmaya yaxşı mənimsənilən zülal daxil etməlidir. Bu toyuq filesi, ət, kəsmik və yumurta kimi qidalardır.
Həmçinin əsas kişi hormonu olan testosteronun səviyyəsini normada saxlamaq və bununla da potensiyanın azalmasının qarşısını almaq üçün sinklə zəngin olan qidaları yemək lazımdır. Sinkin ən yaxşı mənbələri qoz, fındıq, araxis, keşyu, balqabaq tumları və dəniz məhsullarıdır.
Diyetoloqun sözlərinə görə, B 12 vitamini də cinsi zəiflik və impotensiyadan qoruyan əsas maddələrdən biridir. B12-nin mənbələri bunlardır: quş əti, toyuq qaraciyəri, qoyun içalatı, mosarella pendiri.
Solomatına kişilərə götərti (xüsusilə ispanaq), ədviyyatlar, lifli qidalar, balıq kimi qidaları qəbul etməyi tövsiyə edir.
Spirtli içkilər, çoxlu miqdarda qəhvə, şirniyyatlar, şirin qazlı içkilər, pivə kişi orqanizmini qocaldır və potensiyanın azalmasına səbəb olur.
saglamolun.az