Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi yolla keçən yeni xəstəliklər aşkarlanıb - ARAŞDIRMA

  • 2019.11.04 14:08
  • 20433 Baxış
Cinsi yolla keçən yeni xəstəliklər aşkarlanıb -  ARAŞDIRMA

Məlumdur
ki, sifilis və xlamidiya kimi xəstəliklər cinsi yolla yoluxan
xəstəliklərdir. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə
görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur. Hər
zaman yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna
deyil.


 



Medicin.azbu yazıda sizə sağlamlıq üçün ciddi təhlükə sayılan və xəstəlik törədən
dörd bakteriya haqqında məlumat verir:


 


 


Mikoplazma
genitalium


 


Bu
cinsi əlaqə vasitəsilə yoluxan qorxulu ən kiçik bakteriya hesab olunur. İlk
dəfə 1980-ci illərdə aşkarlanan bakteriyaya yoluxan insan sayının hazırda
çıxaldığı bildirilir. Xüsusiən də yeniyetmələr və yetkinlik yaşına çatan
gənclərdə müşahidə olunur.


 


Adətən
simptomsuz görülən mikoplazma genitalium, sidik kanalı və uşaqlıq ağzında
(serviks) davamlı qıcıqlanma yaradaraq xlamidiya və qonoreyaya bənzəyir.Qadın
reproduktiv sistemində pelvik iltihabı xəstəliyinə səbəb ola bildiyi üçün onu
sonsuzluq, uşaqsalma, vaxtında əvvəl doğuş və hətta dünyaya ölü uşaq gətirmə
ilə əlaqələndirirlər. Prezervativlər infeksiyanın qarşısını ala bilsə də,
tədqiqatçılar xəstəliyin antibiotikləri ilə müalicəyə daha dözümlü olduğunu
bildirib.


 


 


Mikoplazma
genitalium super-bakteriyasının qarşısını almaq üçün daha ətraflı testlərə
ehtiyac var.Lakin diaqnostik üsullar, sidiklik, serviks və ya vaginal yaxma
testləri vasitəsilə həmişə əlçatandır.


 


Neisseria meningiti


 


Bu bakteriya beyin və onurğa sütununun qoruyucu
membranlarına potensial öldürücü təhlükə yaradan invaziv meningitə səbəb ola
bilir.


Onun sidik-cinsiyyət
infeksiyalarına səbəb olduğu da elmə məlumdur.



Tədqiqatçılar bildirib ki, bu xəstəlik zamanı  insanların əksəriyyəti burun və boğazlarının arxa hissəsində Neiserria meningiti
daşıyırlar. Araşdırmalar göstərir ki, onlar bakteriyanı tərəf müqabillərinə
oral seks, öpüşmə və infeksiyaya uğramış damcıları ötürə biləcək hər hansı
başqa yaxın əlaqə vasitəsilə ötürürlər.


 


Tədqiqatçılar Avropa,
Kanada və ABŞ-da gey və biseksual kişilər arasında xəstəliyin invaziv
formalarının yaranmasına hansı əlaqənin səbəb olduğunu müəyyənləşdirməyiblər. Lakin Neisseria
meningitinə yoluxmuş başqa bir qrup kişinin sidik kanalı üzərində aparılan
araşdırma göstərib ki, (onlardan yalnız biri heteroseksual olub) onlara
xəstəlik oral seks vasitəsilə keçib.


 


 


Neisseria meningitinin
dünyada ən yoluxucu hesab olunan beş növü var. Xoşbəxtlikdən hər beş növə qarşı
müdafiə yaradan peyvənd mövcuddur.


 


Shigella flexneri 


 



Shigellosis (və ya Shigella dysentery) insan nəcisinin birbaşa və ya dolayı yolla əlaqəsi zamanı yoluxur. İnfeksiya kəskin qarın sancıları və qan-bəlğəm qarışıq qarınişləmə ilə müşayiət olunur. Xəstəlik
daha çox azyaşlı uşaqlar və bəzi orta və aşağı gəlirli ölkələrin
səyahətçiləri arasında müşahidə edilsə də, tədqiqatçılar gey və
biseksual kişilərdə shigellosis-i 1970-ci illərdə qeydə almağa
başlayıblar.


 


Alimlər bildirir ki, flexneri yayılmaq üçün anal-oral
seks vasitəsilə yeni bir yol tapıb və beləliklə, cinsi yolla yoluxan bir
neçə infeksiyaya səbəb olub.


Həkimlər yetkin, sağlam insanlara artıq antibiotikdən
istifadə etməməyi və shigellosis-in narahatedici olmağına baxmayaraq,
adətən qısa çəkən müddətini özü başa vurmasını məsləhət bilirlər.


 


Lymphogranuloma venereum (LGV)


LGV əvvəlcə müvəqqəti tənasül sızanağı, suluğu və ya
xorası yaradır və sonra bədənin limfatik sistemini ələ keçirir. Bağırsaq
infeksiyası bağırsaq iltihabı xəstəliyinə oxşayır və fisrula və
struktura kimi yoğun və düz bağırsaq anomaliyalarına səbəb olur. Ötən
onillik ərzində LGV Avropa və Şimali Amerikada artan dərəcədə ümumi hal
alıb və bir sıra xəstəliklər ilə əlaqələndirilir. Xüsusilə də, gey və
biseksual kişilər arasında.


 



Xlamidiyada olduğu kimi LGV də yüksək İİV ötürücülüyü riski daşıyır. Vaginal
və ya anal seks zamanı qoruyuculardan  istifadə etmək
infeksiya riskini azalda bilər.

 

 


 


 


 


 


 


 


 


 



 

Cinsi yolla keçən yeni xəstəliklər aşkarlanıb -  ARAŞDIRMA
Cinsi yolla keçən yeni xəstəliklər aşkarlanıb -  ARAŞDIRMA
Cinsi yolla keçən yeni xəstəliklər aşkarlanıb -  ARAŞDIRMA