ABŞ-da erektil cinsi zəiflikdən əziyyət çəkən kişi onunla mübarizə aparmaq üçün müxtəlif yollar sınayıb.
Medicina.az xəbər verir ki, o, uretranı montaj köpüyü ilə dolduraraq, cinsi əlaqəyə girib.
Bir müddət sonra o, tamamilə impotent olub.
45 yaşlı kişi sidiyə çıxa bilməmək və dəhşətli ağrılarla xəstəxanaya çatdırılıb.
Həkimlər onun uretrasında yad maddə aşkarlayanda dəhşətə gəliblər.
Kişi etiraf edir ki, 2 həftə öncə sevgilisi onun uretrasına boru salaraq onu montaj köpüyü ilə doldurub, bundan sonra əlaqədə olublar.
Köpük uretra, sidik kanalı və kisəsinə də keçib.
Bərkimiş yad maddəni xüsusi əməliyyat vasitəsilə çıxarıblar. Lakin uretranın bərpası vaxt aparacaq. Eləcə də kişini psixiatrik müalicəyə yönəldiblər.