45 yaşlı kişi cinsi genital nahiyəsində dəhşətli ağrı, qaşınma, qızdırma, titrətmə əlamətləri ilə təcili yardım xəstəxanasına gətirilir.
Müayinələr göstərir ki, kişinin penisi deformasiyaya uğrayıb və üzərində ölmüş və çürüyən toxuma var.
Medicina.az xəbər verir ki, Urology dərgisində qeyd olunan kliniki hadisə Sidney şəhərində baş verib.
Kişiyə Furnye qanqrenası diaqnozu qoyulur. Həyati təhlükə yaradan bakterial infeksiya penisin toxumalarını əhatə etmişdi.
Kişinin sorgusu zamanı məlum olub ki, o 2 il ərzində cinsi orqanını böyük etmək üçün ona vazelin inyeksiyası edib. Yəni şprisə vazelin yığıb, toxumanın altına yeridib.
Xəstə təcili olaraq əməliyyata alınıb, onun qanqrenalı penis hissəsi və xayalığının bir hissəsi kəsilib. Daha sonra 15 gün intensiv terapiya müalicəsi alıb.